20 Yanvar Faciəsinin 34-cü ildönümü ilə əlaqədar yürüş keçirilib

20 Yanvar Faciəsinin 34-cü ildönümü iləəlaqədar paytaxt Bakıda 2000-dən çox tələbəmizin, Tələbə Gənclər Təşkilatlarının fəallarının və gənclər təşkilatlarının da iştirakı ilə Şəhidlər Xiyabanına kütləviyürüş təşkil edilib. Yürüşdə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri və fəal tələbələri də iştirak edib.

“Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti və fəlsəfi-siyasi görüşləri” mövzusunda elmi seminar keçirilib.

Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş “Məhəmməd Əmin Rəsulzadənin şəxsiyyəti və fəlsəfi-siyasi görüşləri” mövzusunda elmi seminar keçirilib. Tədbirin əvvəlində Məhəmməd Əmin Rəsulzadə haqqında bioqrafik məlumat verilib, həyat və fəaliyyətinə həsr olunan…
Read more

Gənclər Günündə sevindirici xəbər

Gənclər Günündə sevindirici xəbər. TGT sədri Rəsul Dadaşov Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 2006-cı ildə universitetimizdə təsis edilmiş Tələbə Gənclər Təşkilatı tarixində ilk dəfə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Respublika Formu 2024” illik hesabat tədbirində “İlin Tələbə Gənclər Təşkilatı sədri” nominasiyası üzrə təltif olunmuşdur. Bundan əlavə Təşkilatımızın “Fəaliyyətlərlə iş üzrə” sədr müavini Xalid Qafarov…
Read more

“Xocalı Soyqırımı: Şəhidlərin izi ilə” adlı tədbir keçirilib.

21 Fevral tarixində Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə ‘26 Fevral – Xocalı Soyqırımına” həsr olunmuş “Xocalı Soyqırımı: Şəhidlərin izi ilə” adlı tədbir keçirilib. Tədbirdə Xocalı Faciəsi zamanı əsir düşən, hal şahidi Səlim Musayev iştirak etmiş və yaşadıqlarını Tələbə Gənclərlə bölüşmüşdür. Eyni zamanda Azərbaycan Universitetinin müəllim…
Read more

Xaricdə təhsil mövzusunda maarifləndirici seminar keçirilib

27 fevral tarixində Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, “First Academy – Xaricdə Təqaüdlü və ödənişsiz təhsil” şirkətinin dəstəyi ilə “Xaricdə Təhsil” mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda şirkətin rəhbəri Vüsal Qəribov və mütəxəssislər tərəfindən xaricdə təhsil, karyera imkanları, xaricdə təhsilin üstünlükləri barədə məlumat verilib və mövzu ətrafında tələbələrin sualları cavablandırılıb.