TƏLƏBƏLƏRLƏ İŞ DEPARTAMENTİ

Rəhbərlik

Məhərrəmli Nigar Elşən qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Tələbələrlə İş Departamentinin Meneceri

Nigar Məhərrəmli Elşən qızı 2004-cü ilin yanvarın 12-də Rusiya fedarasiyasında anadan olmuşdur.

2021-ci ildə Xəzər rayonu Binə qəsəbəsi “Sabir Abbasov” adına 117 sayılı tam orta məktəbi bitirmişdir.

2021-ci il Azərbaycan Universiteti Humanitar Fənlər fakültəsinin “Politologiya” ixtisasına qəbul olmuşdur.

2021-ci ildə Tələbə Gənclər Təşkilatına üzv olmuş, fərqi vəzifələrlə yiyələnmişdir.

2023-cü ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının “Tələbələrlə iş” departamentinin meneceri vəzifəsinə təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.

Qurbanlı Elmir Afiq oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Layihələrin İdarə Edilməsi Departamentinin Katibi

Qurbanlı Elmir Afiq oğlu 2006-cı il Sentyabrın 16-ı Bakı şəhərində anadan olmuşdur.

2012-2023-cü ildə Bakı şəhəri Binəqədi rayonu 182 nömrəli tam orta məktəbi bitirmişdir.

2023- cü il Azərbaycan Universiteti Biznes və İqtisadiyyat fakültəsinin “Biznesin idarə edilməsi” ixtisasına qəbul olmuşdur.

2023-cü il Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatına üzv olmuşdur..

2023- cü il Nəsimi Rayon İcra Hakimiyyətinin fəaliyyəti altında bir sıra məqalələr yazmışdır. 2024-cü il Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının “Tələbələrlə iş” departamentinin katibi vəzifəsinə təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.

Abbaszadə Fidan Yalçın qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Layihələrin İdarə Edilməsi Departamentinin Təcrübəçisi

Fidan Abbaszadə Yalçın qızı
2005-ci ilin avqustun 7-də anadan olub.

2023-cü ildə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi 279 saylı tam orta məktəbi bitirmişdir.

2023-cü ildə Azerbaycan Universiteti İnformasiya Kommunikasiya Texnologiyaları fakültəsinin “İnformasiya texnologiyaları” ixtisasına qəbul olmuşdur.

2023-cü ildə Tələbə Gənclər Təşkilatına üzv olmuş, daha sonra isə “Tələbələrlə iş” departamentinin əməkdaşı təyin olunmuşdur.

Fakültə Heyəti

İnformasiya Kommunikasiya Texnologiyaları Fakültəsi

Dünyamalıyeva Günay Mehman qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Layihələrin İdarə Edilməsi Departamentinin İKT fakültəsinin sədri

Günay Mehman qızı Dünyamalıyeva 2005-ci ilin İyulun 4-də anadan olmuşdur.

2022-ci ildə Abşeron rayon Saray qəsəbəsi 2 saylı tam orta məktəbi bitirmişdir.

Məktəbdə tədris aldığı müddətdə bir çox tədbirlərin təşkilində fəal iştirak etmişdir.

2022-ci ildə Azərbaycan Universiteti Humanitar Fənnlər fakültəsinin “Filologiya ( Azərbaycan dili və ədəbiyyatı)”ixtisasına qəbul olmuşdur.

Tələbə Gənclər Təşkilatında olan fəaliyyəti ilə yanaşı bir çox könüllü təşkilatlarda fəaliyyət göstərmişdir. 2023-cü ilin Aprel ayında Tələbə Gənclər Təşkilatının Humanitar Fənnlər Fakültəsinin koordinator vəzifəsinə seçilmiş, həmin ilin May ayında “Humanitar Fənnlər” Fakültəsinin sədr müavini təyin olmuşdur. 2023-cü ilin Sentyabırında Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının “İnformasiya Kommunikasiya Texnologiyaları” fakültəsinin sədri vəzifəsinə təyin olunmuş və hal-hazırda fəaliyyətinə davam etməkdədir.

Ələkbərli Rumiyyə İsa qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Layihələrin İdarə Edilməsi Departamentinin İKT fakültəsinin sədr müavini

Rumiyyə İsa qızı Ələkbərli 2006-ci ilin Yanvarın 11-də Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur.

2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, 238 saylı tam-orta məktəbi bitirmişdir. Məktəbdə tədris aldığı müddətdə təşkil olunan yarış və tədbirlərdə fəal iştirak etmişdir. 2023-cü ildə Azərbaycan Universiteti İnformasiya Kommunikasiya Texnologiyaları fakültəsinin “İnformasiya Təhlükəsizliyi” ixtisasına qəbul olmuşdur. 2023-cü ildə Tələbə Gənclər təşkilatına üzv olmuş, daha sonra “İnformasiya Kommunikasiya Texnologiyaları” fakültəsinə sədr müavini təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.

Humanitar Fənnlər Fakültəsi

İlyaszadə Solmaz Afis qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Layihələrin İdarə Edilməsi Departamentinin Humanitar fakültəsinin sədri

Solmaz Afis qızı İlyaszadə 2005-ci ilin Avqustun 27-i Masallı rayonunda anadan olmuşdur.

2022-ci ildə Bakı şəhər,Sabunçu rayon Bakıxanov qəsəbəsində, Tahir Hacıyev adına 252-N li məktəb-liseyi bitirmişdir.

2022-ci ildə Azərbaycan Universiteti,Humanitar fənlər fakültəsinin, “Filologiya(Azərbaycan dili və ədəbiyyatı)” ixtisasına qəbul olmuşdur.

2022-ci ilin Noyabr ayında Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatında “Humanitar fənlər” fakültəsinin koordinatoru vəzifəsinə təyin olunmuşdur. 2023-ci ilin Yanvar ayında Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatında “Humanitar fənlər” fakültəsi üzrə sədr müavini vəzifəsinə təyin olunmuşdur. 2023-cü ilin May ayında Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatında “Humanitar fənlər” fakültəsi üzrə sədr təyin olunmuşdur, hal-hazırda fəaliyyətini davam etdirir.

Alışova Dəniz Gündüz qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Layihələrin İdarə Edilməsi Departamentinin Humanitar fənnlər fakültəsinin sədr müavini

Dəniz Gündüz qızı Alışova 2006-cı il Sentyabrın 7-si Bakı şəhərində anadan olmuşdur.

2023-cü ildə Abşeron rayon Mehdiabad qəsəbəsi 3-N li tam orta məktəbi bitirmişdir.

2023-cü ildə Azərbaycan Universiteti, Humanitar fənlər fakültəsinin, “Tərcümə (ingilis dili)” ixtisasına qəbul olmuşdur. 2023-cü il Sentyabr ayından etibarən Tələbə Gənclər Təşkilatının təşkil etdiyi tədbirlərdə aktiv iştirak etmişdir. 2023-cü il Noyabr ayında isə “Humanitar Fənlər” üzrə fakültə sədr müavini təyin olunmuşdur və hal-hazırda fəaliyyətini davam etdirir.

Biznes və İqtisadiyyat Fakültəsi

Əhmədova Hülya Ayaz qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Layihələrin İdarə Edilməsi Departamentinin Biznes və İqtisadiyyat fakültəsinin sədri

Hülya Ayaz qızı Əhmədova 2004-cu il Oktyabrın 24-ü Bakı şəhərində anadan olmuşdur.

2016-cı ilə qədər 200 saylı məktəb-lisey kompleksində təhsil almışdır.
2017-ci ildən Bakı şəhəri Abşeron rayonu 4 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir.

Məktəb illərində “Hüsnü xətt” adlı gözəl xətt yarışması üzrə I yeri tutmuşdur.

2021-ci ildə orta məktəbi bitirmişdir. 2021-2023-cü il ərzində Bakı Biznes və Kooperasiya Kollecində “bank işi” ixtisası üzrə təhsil almışdır.

2022- ci ildə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü fəalliyəti göstərmişdir. “Qadınların səsi olaq” adlı qadın hüquqlarının qorunması barədə layihəni təqdim etmişdir.

2023- cü ildə Azərbaycan Universitetinin Biznes ve iqtisadiyyat fakültəsi, “Menecment” ixtisasının subbakalavr pilləsinə daxil olmuşdur.

2023-cü ildə Aqrar innovatorlar layihəsində iştirak edərək “Aqrar inkişaf” könüllüsü komandasına qoşulmuşdur.

2023-cu ildə Azərbaycan Universetinin Tələbə Gənclər Təşkilatının “İqtisadiyyat” klubunun sədri vəzifəsinə təyin olunmuşdur.

2024-cü ildə Azərbaycan Universeti Tələbə Gənclər Təşkilatının “Biznes və İqtisadiyyat” fakültəsinin sədri vəzifəsinə təyin olunmuşdur.