İNFORMASİYA TEXNALOGİYALARI KLUBU

Rəhbərlik

Musayeva Firəngiz Natiq qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində İT klubunun sədri

Firəngiz Natiq qızı Musayeva 2006-cı il Oktyabrın 24-də Zaqatala rayonunda anadan olmuşdur.

2023-cü ildə Zaqatala rayonu Yeni Suvagil kənd Mina Nəzirova adına 1 nömrəli tam orta məktəbi bitirmişdir. 2023-cü ildə Azərbaycan Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olmuşdur. 2023-cü ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində “İT klubunun” sədri vəzifəsinə təyin olunub, hal-hazırda həmin vəzifəni icra edir.

Güləliyev Nurlan Namiq oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində İT klubunun sədr müavini

Güləliyev Nurlan Namiq oğlu 2006-cı ilin Yanvarın 21-də Bakı şəhərində anadan olmuşdur.

2023-cü ildə Qaradağ rayonunun Sahil qəsəbəsində 273 saylı tam orta məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları fakültəsinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul olmuşdur. 2024-cü ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində “İT klubunun” sədr müavini vəzifəsinə təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.