DEBAT KLUBU

Rəhbərlik

Abdullazadə Natiqə Natiq qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində Debat klubunun sədri

Natiqə Natiq qızı Abdullazadə 2005-ci il Yanvarın 31-də Bakı şəhərində anadan olmuşdur. 2022-ci ildə Bakı şəhəri, Yasamal rayonu 158 saylı orta məktəbi bitirmişdir.Elə həmin ildə Azərbaycan Universiteti Biznes və iqtisadiyyat fakültəsinin “Marketinq” ixtisasına qəbul olmuşdur. 

2022-ci ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Debat klubunun” idarə heyətində “koordinator asistantı” vəzifəsində fəaliyyət göstərmişdir. 

Daha sonra isə “daxili işlər üzrə” sədr müavini olaraq fəaliyyətinə dəvam etdirmişdir. 2022 və 2023-cü ildə Debat turnirlərində fərqli və ən yaxşı natiqlər siyahısında yer almışdır. Hal hazırda isə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində “Debat klubu” sədri olaraq fəaliyyətini dəvam etdirir.

Cəfərova Güllü Məhəmməd qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində Debat klubunun sədr müavini

Güllü Məhəmməd qızı Cəfərova 2004-cü il Martın 25-də Oğuz şəhərində anadan olmuşdur.

2021-ci ildə Oğuz rayon 3 nömrəli məktəb-liseyini bitirmişdir.

2022-ci ildə “Azərbaycan” Universitetinin Humanitar fənlər fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olmuşdur.

2023-cü ildə Azərbaycan Universiteti Debat Klubuna üzv olmuşdur.

2023-cü ilin Aprel ayında Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Debat klubu” tərəfindən təşkil olunan daxili turnirlərin çempionu və ən yaxşı 2-ci natiqi olmuşdur.

2023-cü ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Psixologiya klubunun” PR meneceri vəzifəsini icra etmişdir.

2023-cü ildə Bakı şəhər 1 saylı “ASAN xidmət” mərkəzində könüllülük fəaliyyəti çərçivəsində dövlət xidmətlərinin göstərilməsi və ictimaiyyət əhəmiyyətli layihələrin keçirilməsi prosesində, həmçinin könüllülərin fərdi inkişafına yönəlmiş təlim və layihələrdə fəal iştirak etmişdir.

Könüllülük müddətində Bakı 1 saylı “ASAN Xidmət” mərkəzində “Debat nədir?” layihəsini təqdim etmişdir.

2024- cü il 23 fevral tarixində Bakı 1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən “l dərəcəli” sertifikatla təqdim olunmuşdur.

Hal- hazırda 2023-cü ilin sentyabrından Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Debat Klubunun “xarici işlər üzrə” sədr müavini vəzifəsini icra edir