LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ DEPARTAMENTİ

Rəhbərlik

Qafarov Xalid Nəriman oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Layihələrin İdarə Edilməsi Departamentinin Meneceri

Xalid Nəriman oğlu Qafarov 2004-cu ilin yanvarın 21-də Lerik rayonunda anadan olmuşdur.

2010-2019-cu illərdə Lerik rayon Mikayıl Qasımov adına tam orta məktəbində, 2019-2021-ci illərdə Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyində təhsil almışdır.

2021-ci ildə Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisasına qəbul olmuşdur.

 

2022-ci ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının mətbuat katibi olaraq fəaliyyət göstərmişdir. 2023-cü ildə Tələbə Gənclər Təşkilatının ” Fəaliyyətlərlə iş üzrə” sədr müavini vəzifəsinə təyin olunmuşdur. 2024-cü il Fevral ayının 1-də keçirilən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Respublika Forumu 2024″ illik hesabat tədbirində ” İlin TGT nümayəndəsi” nominasiyası üzrə təltif olunmuşdur. Hal-hazırda Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatında “Layihələrin idarə edilməsi” departamentinin meneceri olaraq fəaliyyət göstərir

Quliyeva Pərvanə Vilayət qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Layihələrin İdarə Edilməsi Departamentinin Katibi

Pərvanə Vilayət qızı Quliyeva 2002-ci il May ayının 29-da Bakı şəhərində anadan olmuşdur.
2019-cu ildə Bakı şəhəri Rüfət Məmmədov adına 269 saylı tam orta məktəbi bitirmişdir.

2019-2021-ci illərdə Qərbi Kaspi Universitetinin Kollecində “Bank işi” ixtisası üzrə təhsil almışdır.

2021-ci ilin Sentyabrında Azərbaycan Universiteti Biznes və İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur.

Həmin ildən etibarən Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatında qrup sədri olaraq fəaliyyət göstərmişdir. 2022-ci il İyul ayından etibarən 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində “Master 1” pilləsi üzrə ictimai əsaslarla fəaliyyət göstərmişdir. 2023-ci ilin İyun ayından 2024-cu ilin Fevral ayına qədər Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində “Vətənpərvərlik klubunun” sədri olaraq fəaliyyət göstərmişdir. Hal-hazırda Tələbə Gənclər Təşkilatının “Layihələrin idarə edilməsi” departamentinin əməkdaşı və “Gənc iqtisadçılar” klubunun sədridir.

Əliyeva Çimnaz Şaban qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Layihələrin İdarə Edilməsi Departamentinin Təcrübəçisi

Çimnaz Şaban qızı Əliyeva 2005-ci il Avqustun 8-də Zaqatala rayonunda anadan olmuşdur.

2022-ci ildə Zaqatala rayonun Abdurahman Qurbanov adına Üçüncü Tala kənd tam orta məktəbini bitirmişdir.

2022-ci ildə Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin “Filologiya” ixtisasına qəbul olmuşdur.

Hal-hazırda Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının “Layihələrin idarə edilməsi” departamentinin əməkdaşı və “Karyera klubunun” sədridir.