İNTELLEKTUAL OYUNLAR KLUBU

Rəhbərlik

Məmmədov Səid Anar oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində İntellektual Oyunlar klubunun sədri

Səid Anar oğlu Məmmədov 2004-cü ildə Hacıqabul rayonunda anadan olmuşdur.

2021-ci ildə Sabunçu rayonu 271 saylı tam-orta məktəbi bitirmişdir.

Həmin ildə Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin “Dövlət ve ictimai münasibətlər” ixtisasına qəbul olmuşdur.

2022-ci il Dekabr-Mart aylarında 1 saylı Bakı “ASAN xidmət” mərkəzində ictimai əsaslarla fəaliyyət göstərmişdir.

2023-cü il Aprel ayında “ASAN Könüllüləri” Təşkilatının 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi üzrə nümayəndəsi olaraq fəaliyyət göstərmişdir. 2023-cü il Sentyabr-Noyabr ayında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İctimaiyyətlə Əlaqələr” şöbəsi üzrə “Master 2” pilləsi üzrə təcrübə proqramında fəaliyyət göstərmişdir. 2023-cü il Oktyabr ayından Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində “intellektual oyunlar klubunun” sədri olaraq təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.