PSİXOLOGİYA KLUBU

Rəhbərlik

Budayev Sənan Rasim oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində Psixologiya klubunun sədri

Budayev Sənan Rasim oğlu 2003-cü il Oktyabrın 4-də Gürcüstanın Bolnisi rayonunda anadan olmuşdur.  2020-ci ildə 221 saylı tam-orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Universiteti Humanitar Fənlər fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olmuşdur. 2022-ci ildə European Solidarity Corps vasitəsi ilə Ruminiyanın Timişoara şəhərində “Youth Summer Fest” layihəsinin heyətində iştirak etmişdir. 2022-ci ildən etibarən Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində “Psixologiya klubunun” sədri vəzifəsinə təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.

Hadiyeva Minurə Emin qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində Psixologiya klubunun sədr müavini

Minurə Emin qızı Hadiyeva
2003-cü il Sentyabrın 16-da Bakı şəhərində anadan olmuşdur.

2021-ci ildə Bakı şəhəri 200 saylı məktəb-lisey kompleksini bitirmişdir. Həmin ildə Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olmuşdur. 2022-ci ildə 7 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən “ I dərəcəli” sertifikat təqdim olunmuşdur. 2023-cü ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində “Psixologiya klubunun” sədr müavini təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.