VƏTƏNPƏRVƏRLİK KLUBU

Rəhbərlik

Nəbizadə Yusif Zaur oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində Vətənpərvərlik klubunun sədri

Nəbizadə Yusif Zaur oğlu 2005-ci il Oktyabrın 2-də Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuşdur.

2011-ci ildə Şirvan şəhəri M.B.İsrailov adına 18 nömrəli təbiət, humanitar-təmayüllü məktəb-liseyin l sinifinə daxil olmuş, təhsilini 2016-cı ildən 316 nömrəli məktəbdə davam etdirmişdir. 2022-ci ildə Şuşa rayon Malıbəyli kəndi 1 nömrəli tam-orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisasına daxil olmuşdur.

2022-ci ildən Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvüdür. 2023-cü ilin Sentyabr ayında Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində “Vətənpərvərlik klubunun” sədr müavini, 2024-cü ilin Fevral ayında həmin klubun sədri təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.

Yusibova Fatimə Vilayət qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində Vətənpərvərlik klubunun sədr müavini

Fatimə Vilayət qızı Yusibova 2005-ci il Fevral ayının 15-də anadan olmuşdur.

 

2022-ci ildə Bakı şəhəri 74 saylı tam orta məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisasına qəbul olmuşdur. 2023-cü ilin Oktyabr ayında Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində “Vətənpərvərlik klubunun” sədr müavini vəzifəsinə təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir