İDMAN KLUBU

Rəhbərlik

Qocayev Vaqif Əhməd oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində İdman klubunun sədri

Vaqif Əhməd oğlu Qocayev 2005-ci ilin İyulun 7-də Sumqayıt şəhərində anadan olmuşdur. 2022-ci ilin İyununda Sumqayıt şəhəri 19 saylı tam-orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin “Marketinq” ixtisasına qəbul olmuşdur.

2023-cü ilin May ayında Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının “İdman klubunun” sədri vəzifəsinə təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.

Abdulsalmanov Aslan İlkin oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində İdman klubunun sədr müavini

Aslan İlkin oğlu Abdulsalamov 2005-ci il İyul ayının 1-də Sumqayıt şəhərində anadan olmuşdur.

2022-ci ildə Sumqayıt şəhəri 31 saylı tam orta məktəbi bitirmişdir.

2022-ci ildə Azərbaycan Universitetinin humanitar fənlər fakültəsinin “Sosial iş” ixtisasına qəbul olmuşdur. 2023-cü ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı nəzdində “İdman klubunun” sədr müavini vəzifəsinə təyin olunub, hal-hazırda həmin vəzifəni icra edir.