GƏNC İQTİSADÇILAR KLUBU

Rəhbərlik

Quliyeva Pərvanə Vilayət qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində Gənc İqtisadçılar klubunun sədri

Pərvanə Vilayət qızı Quliyeva 2002-ci il May ayının 29-da Bakı şəhərində anadan olmuşdur.

 2019-cu ildə Bakı şəhəri Rüfət Məmmədov adına 269 saylı tam orta məktəbi bitirmişdir.

2019-2021-ci illərdə Qərbi Kaspi Universitetinin Kollecində “Bank işi” ixtisası üzrə təhsil almışdır.

2021-ci ilin Sentyabrında  Azərbaycan Universiteti Biznes və İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. 

Həmin ildən etibarən Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatında qrup sədri olaraq fəaliyyət göstərmişdir. 2022-ci il İyul ayından etibarən  6 saylı  Bakı “ASAN Xidmət” mərkəzində “Master 1” pilləsi üzrə ictimai əsaslarla fəaliyyət göstərmişdir. 2023-ci ilin İyun ayından 2024-cu ilin Fevral ayına qədər Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində “Vətənpərvərlik klubunun” sədri olaraq fəaliyyət göstərmişdir.  Hal-hazırda Tələbə Gənclər Təşkilatının “Layihələrin idarə edilməsi” departamentinin əməkdaşı və “Gənc iqtisadçılar” klubunun sədridir.