Rəhbərlik

Dadaşov Rəsul Samir oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Sədri

Rəsul Samir oğlu Dadaşov 2004-cü il Mart ayının 12-i Bakı şəhərində anadan olmuşdur.

2010-2014-cü ildə Bakı şəhər, Yasamal rayonu, 176 saylı tam-orta məktəbdə ibtidai təhsili başa vurduqdan sonra həmin ildə 2 nömrəli Texniki Humanitar liseyə qəbul olub və tam-orta təhsilini həmin liseydə bitirmişdir.

2021-ci ildə Azərbaycan Universiteti, Humanitar Fənlər fakültəsinin, Dövlət və ictimai münasibətlər ixtisasına qəbul olmuşdur.

2021-ci ildən müxtəlif könüllülük proqramı üzrə ictimai əsaslarla fəaliyyət göstərmiş, müxtəlif təşkilatlarda fərqli sahələr üzrə peşə fəaliyyəti ilə məşğul olmuşdur.

Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır-2022” fərdi qrant müsabiqəsinin qalibi olmuş, həmçinin “Könüllülər üçün PR baza təlimləri” layihəsinin rəhbəri olmuşdur.

2023-cü ildə keçirilən seçkilər əsasında səs çoxluğu ilə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçilmişdir və hal-hazırda bu vəzifəni icra edir.

2024-cü il Gənclər Gününə həsr olunmuş “Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu 2024” adlı tədbirdə “İlin TGT sədri” nominasiyası üzrə təltif edilmişdir.

Muradlı Emil Elman oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Baş Katibi

Emil Elman oğlu Muradlı 2004-cü il Noyabrın 8-də Bakıda anadan olmuşdur.

2021-ci ildə Qəbələ şəhəri 4 saylı orta məktəbi bitirmişdir.
2021-ci ildə Azərbaycan Universitetinin “Tarix” ixtisasına qəbul olmuşdur.

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının fəaliyyətində fəal iştirak etmişdir.

2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən 1 saylı Bakı Asan Xidmət mərkəzində

“Heydər Əliyev ili” çərçivəsində “Dahi Şəxsiyyət Heydər Əliyev və Azərbaycan” adlı lahiyənin tərtibatçısıyam.

Həmçinin,həmin qurumun könüllülük fəaliyyəti çərçivəsində dövlət xidmətlərinin göstərilməsi və ictimai əhəmiyyətli lahiyələrin keçirilməsi prosesində,həmçinin könüllülərin fərdi inkişafına yönəlmiş təlim və lahiyələrdə fəal iştirak etmiş I dərəcə fərqlənmə sertifikatı ilə bitirmişdir.

2024-cü il Fevral ayında Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatında Baş katib vəzifəsinə təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.

Həsənli Fatimə Bəhman qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı Proseslərin tənzinlənməsi üzrə sədr müavini

Fatimə Bəhman qızı Həsənli 2004-cü il Oktyabrın 12-də Bakıda anadan olub.

2021-ci ildə Bərdə rayon Kətəlparaq məktəbini bitirmişdir. Təhsil aldığı müddətdə məktəbin tədbirlərində aktiv iştirak etmişdir.

2021-ci ildə AZTU nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin “mühasibat uçotu” ixtisasına daxil olmuşdur.
Həmin dövrdə “DOST” İnkuliziv İnkişaf və Yaradıcılıq mərkəzində könüllük fəaliyyəti göstərmişdir.

2023-cü ildə kolleci bitirmişdir.Elə həmin il “Azərbaycan” Universitetinin “Menecement” ixtisasına qəbul olmuşdur. Universitetin ilk günlərindən etibarən TGT tədbirlərində fəal iştirak etmişdir. Hal-hazırda “Azərbaycan”Universitetinin Tələbə və Gənclər Təşkilatının “Prosseslərin tənzimlənməsi” üzrə sədr köməkçisi olaraq fəaliyyət göstərir.

Məhərrəmli Nigar Elşən qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Tələbələrlə İş Departamentinin Meneceri

Nigar Məhərrəmli Elşən qızı 2004-cü ilin yanvarın 12-də Rusiya fedarasiyasında anadan olmuşdur.

2021-ci ildə Xəzər rayonu Binə qəsəbəsi “Sabir Abbasov” adına 117 sayılı tam orta məktəbi bitirmişdir.

2021-ci il Azərbaycan Universiteti Humanitar Fənlər fakültəsinin “Politologiya” ixtisasına qəbul olmuşdur.

2021-ci ildə Tələbə Gənclər Təşkilatına üzv olmuş, fərqi vəzifələrlə yiyələnmişdir.

2023-cü ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının “Tələbələrlə iş” departamentinin meneceri vəzifəsinə təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.

Xudiyev Eltun Məhərrəm oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentinin Meneceri

Eltun Məhərrəm oğlu Xudiyev 2006-cı ilin Yanvarın 27-də Moskva şəhərində anadan olmuşdur.

2012-ci ildə Gəncə şəhəri Mirzə Abbas Abbaszadə adına 20 saylı tam-orta məktəbə daxil olmuş və 2023-cü ildə bitirmişdir.

2012-ci ildə Gəncə şəhəri 2 saylı musiqi məktəbinə daxil olmuş və bitirmişdir.

2023-cü ildə Azərbaycan Universiteti, İnformasiya Kommunikasiya Texnologiyaları fakültəsi, “İnformasiya Təhlükəsizliyi (tədris ingilis dilində)” ixtisasının bakalavr pilləsinə daxil olmuşdur.

2023-cü ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının “İctimaiyyətlə Əlaqələr” departamentinin əməkdaşı olaraq təyin olunmuşdur. 2024-cü ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının “İctimaiyyətlə Əlaqələr” departamentinin meneceri olaraq təyin olunmuşdur

Qafarov Xalid Nəriman oğlu

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının Layihələrin İdarə Edilməsi Departamentinin Meneceri

Xalid Nəriman oğlu Qafarov 2004-cu ilin yanvarın 21-də Lerik rayonunda anadan olmuşdur.

2010-2019-cu illərdə Lerik rayon Mikayıl Qasımov adına tam orta məktəbində, 2019-2021-ci illərdə Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyində təhsil almışdır.

2021-ci ildə Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisasına qəbul olmuşdur.

 

2022-ci ildə Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının mətbuat katibi olaraq fəaliyyət göstərmişdir. 2023-cü ildə Tələbə Gənclər Təşkilatının ” Fəaliyyətlərlə iş üzrə” sədr müavini vəzifəsinə təyin olunmuşdur. 2024-cü il Fevral ayının 1-də keçirilən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının “Respublika Forumu 2024″ illik hesabat tədbirində ” İlin TGT nümayəndəsi” nominasiyası üzrə təltif olunmuşdur. Hal-hazırda Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatında “Layihələrin idarə edilməsi” departamentinin meneceri olaraq fəaliyyət göstərir