CONVERSATION KLUBU

Rəhbərlik

Əhmədova Püstə Elşən qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində Conversation klubunun sədri

Püstə Elşən qızı Əhmədova 2005-ci il İyul ayının 22-də Sumqayıt şəhərində anadan olmuşdur.

2011-2020-ci illərdə Nizami Gəncəvi adına Texniki və Təbiət Elmlər Liseyində təhsil almışdır.

Daha sonra təhsilini Mikayıl Müşfiq adına 34 nömrəli tam-orta məktəbdə davam etdirmişdir.

2022-ci ildə Azərbaycan Universitetinin Humanitar Fənnlər fakültəsinin “Təhsildə sosial-psixoloji xidmət” ixtisasına qəbul olmuşdur.

2022-ci il Sentyabrın 15-də Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatınım üzvü olmuşdur. 2023-cü ilin İyul ayından etibarən “Conversation klubunun” sədri vəzifəsinə təyin olunmuşdur,hal-hazırda həmin vəzifəni icra edir.

Süleymanova Samirə Tair qızı

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində Conversation klubunun sədr müavini

Samirə Tair qızı Süleymanova 2003-cü il Dekabr ayının 13-ü, Rusiya Federasiyasının Mosvka şəhərində anadan olmuşdur.

2010-2013-cü illərdə Vüqar Sadıqov adına 214 nömrəli tam orta məktəbdə təhsil almış, daha sonra təhsilini Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbdə davam etdirmişdir.

2021-ci ildə Azərbaycan Universitetinin Humanitar Fənlər fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisasına qəbul olmuşdur.

2023-cü ilin Mart ayında Gənclər Fondunun həyata keçirdiyi fərdi qrant müsabiqəsinin qalibi Rəsul Dadaşovun təşəbbüsü, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə baş tutan “Könüllülər üçün PR baza təlimləri” layihəsində iştirak edərək sertifikatla təltif olunmuşdur.

2023-cü ilin Noyabr ayında “Social work & Social research” Beynəlxalq konfransında fəal iştirakına görə sertifikat ilə təltif olunmuşdur.

2023-cü il 2 İyul tarixində Azərbaycan Universiteti Tələbə Gənclər təşkilatının nəzdində fəaliyyət göstərən “Conversation klubunun” sədr müavini təyin olunmuşdur, hal-hazırda həmin vəzifəni icra edir.