“Xocalı Soyqırımı: Şəhidlərin izi ilə” adlı tədbir keçirilib.

21 Fevral tarixində Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının birgə təşkilatçılığı ilə ‘26 Fevral – Xocalı Soyqırımına” həsr olunmuş “Xocalı Soyqırımı: Şəhidlərin izi ilə” adlı tədbir keçirilib.

Tədbirdə Xocalı Faciəsi zamanı əsir düşən, hal şahidi Səlim Musayev iştirak etmiş və yaşadıqlarını Tələbə Gənclərlə bölüşmüşdür. Eyni zamanda Azərbaycan Universitetinin müəllim heyəti də tədbirdə iştirak ediblər.

Sonda ənənəvi olaraq xatirə şəkili çəkilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir